Home » Brent xam neftinin son 2 ildə qiymət dəyişikliyi – Foto

Brent xam neftinin son 2 ildə qiymət dəyişikliyi – Foto

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Pandemiyanın (COVID-19) başlanğıcında Brent xam nefti hər barrelinə görə 40 dollar ətrafında ticarət edilirdi. 100 dollardan aşağı düşməzdən öncə, ötən yaya qədər isə bu rəqəm 120 dollardan çox yüksəldi. (Statista, 2022-ci il martın 7-i, Brentin qiyməti 123.21 dollar idi-red.) Noyabrın 22-dən isə Brent xam nefti 80-90 dollar (Statista, noyabrın 28-də 83.89) arasında ticarət edilir.

BNN.az xəbər verir ki, bu haqda DW Business TV OPEC və Bloomberg və digər data-lara istinadən deyib.

Qeyd edək ki, OPEC+ ölkələri dekabrın 4-dəki iclasında neft istehsalını dəyişməz saxlamaqla bağlı qərar qəbul ediblər, lakin əlavə ediblər ki, bazarın inkişafı və balansın dəstəklənməsi üçün təcili əlavə ölçülər qərara ala bilərlər. Onlar OPEC+ ölkələrinin 35-ci iclasını isə iyunun 4-ü, 2023-cü ilə planlaşdırıblar.

Bildirək ki, Brent xam nefti özünün yüngül və “şirin” təbiətinə görə ondan dizel, benzin və digər neft məhsulları hazırlamaq mümkündür. Brent xam nefti dünyada ticarət edilən xam neft təchizatının 2/3 üçün qiymət etalonu hesab edilir. Bu isə onu digər xam neftin qiyməti üçün ən əhəmiyyətli standart ölçü edir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.