0
Böyük Britaniyanın “Flybe” aviaşirkəti özünü müflis elan edib. Böyük Britaniyanın 80%-ə yaxın daxili uçuşlarını təmin edən və 2019-cu ilədək Avropanın ən böyük regional aviaşirkəti adını daşıyan “Flybe” aviaşirkətinin müflisliyinin əsas səbəbi kimi koronavirus səbəbindən aviasəyahətlərin həcmində müşahidə olunan kəskin geriləmə göstərilib.
“Flybe” son çarə kimi ötən həftə Böyük Britaniya hökumətinə 100 milyon funt-sterlinq kredit borcu üçün müraciət etsə də, müsbət cavab ala bilməyib.