Böyük Britaniyanın 4.5 milyard dollar dəyərində rəqəmsal bankı olan Monzo müştərilər üçün yeni investisiya xüsusiyyətini elan edib. Bu yenilik müştərilərə 1 funt sterlinqdən başlayaraq investisiya etməyə imkan verəcək.
BBN.az CNBC Business nəşrinə istinadən xəbər verir ki, bu yeni xüsusiyyət investisiyalar adlanır və Monzo müştərilərinə BlackRock tərəfindən idarə edilən bir sıra fondlara investisiya etməyə imkan verir.
Monzo bu addımı ilə Chase kimi ən böyük banklar ilə rəqabətə daxil olur. Belə ki, Chase artıq Nutmeg subsidiyaları vasitəsilə müştərilərinə onlayn investisiya imkanları təklif edir. Bura aktivlərin idarəedilməsi üzrə firmalar və Chip, Moneybox, Plum kimi rəqib, cavan startaplar daxildir.
Qeyd edək ki, hazırda Monzo-nun Böyük Britaniya bazarında 8 milyondan çox müştərisi var. Monzo-nun CEO-su TS Anil isə bu fikirdədir ki, onlar bu yeniliyi tətbiq etmək üçün heç də gec qalmayıblar. O, əlavə edib ki, hələ biz bu fikri müzakirə etməliyik ki, bankçılıq sisteminə başlamaq üçün 500 il gec qalmışıq.
Monzo Böyük Britaniyada lisenziyalı ilk neobank-dır ki, investisiya imkanları təklif edir. Onun Starling Bank, Zopa kimi rəqibləri isə hələ ki, yeni investisiya xüsusiyyətləri təklif etməyiblər.
Əlavə edək ki, CEO tərəfindən edilən açıqlamada bildirilir ki, onlar yeni funksiyanı işə salmaqla investisiya haqqında az bilikləri olan ingilislərə kiçik büdcə, daha az risk ilə başlamaq imkanı təklif edirlər.