Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“BTB Bank”ın 295 mln. manatlıq aktivləri ABB-yə ötürülüb - BBN

“BTB Bank”ın 295 mln. manatlıq aktivləri ABB-yə ötürülüb

“BTB Bank”dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon manata çatıb.

Bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, ötürülən portfelin böyük hissəsini kredit portfeli təşkil edir. Kredit portfelinin təxminən 70%-i və ya 80 milyon manatdan artıq hissəsi ipoteka kreditlərindən ibarətdir.

Sədr bildirib ki, portfelin əsas hissəsinin ötürülməsi artıq yekunlaşıb. Lakin müəyyən hissənin ötürülməsi dövlət fondları ilə bağlı prosedurlardan qaynaqlanan proseslər səbəbindən gecikir.

Abbas İbrahimov qeyd edib ki, ümumilikdə proses 13 min müştəri və 20 min əqdi əhatə edir.

Mənbə: APA.az

Related posts

BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Agentlikdə Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

BP rəsmisi: Maliyyə cinayətləri ilə mübarizədə əsas rol insan faktoruna məxsusdur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı