Home » Bu dəfəki əmək yarmarkalarında işsiz və işaxtaran şəxslərə 257 vakansiya təqdim edilib

Bu dəfəki əmək yarmarkalarında işsiz və işaxtaran şəxslərə 257 vakansiya təqdim edilib

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filialları tərəfindən əmək yarmarkaları təşkil olunub.

Abşeron-Xızı, Quba-Xaçmaz və Mil-Muğan Regional Məşğulluq filialları tərəfindən keçirilən yarmarkalar Quba, İmişli rayonları və Xırdalan şəhərində, Abşeron DOST Mərkəzində baş tutub.

Ümumilikdə aktiv məşğulluq tədbirlərində 34 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 257 vakansiya təqdim edilib. İqtisadi fəaliyyət növünə görə vakansiyalar daha çox regionun əmək bazarının tələbatına uyğun olaraq turizm, aqrar, səhiyyə, emal, tikinti materiallarının satışı, nəqliyyat və təhsil sahələri üzrə olub.

Yarmarkaya qatılan şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Həmçinin tədbirlərdə işsiz və işaxtaran şəxslər digər aktiv məşğulluq tədbirləri barədə də məlumat əldə edə biliblər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.