Bu gün ABA-nın yaranmasından 32 il ötür.
ABA hazırda ölkədə ən güclü ictimai birliklərdən biri hesab edilir.
Bütün bu görülən işlər, əldə edilmiş nailiyyətlər üzvlərimizin, bankların rəhbərlərinin, Ekspert Qrupları üzvlərinin və digər nümayəndələrinin yaxından iştirakı və dəstəyi ilə mümkün olmuşdur.
ABA-nın fəaliyyətinə göstərdiyiniz dəstəyə və diqqətə görə hər birinizə təşəkkür edirik və bundan sonra da Sizin dəstəyinizlə bank-maliyyə sektorunun inkişafına, ölkədə maliyyə inklüzivliyinin dərinləşməsinə ABA-nın öz töhfəsini verməyə davam edəcəyinə inanırıq!