Home » Bu gün Azərbaycanın ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından 12 il keçir

Bu gün Azərbaycanın ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından 12 il keçir

by anar
0 comments 0 views 1 minutes read

Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə yaradılıb.

Sənaye Parkı yaradılarkən 168 hektara yaxın ərazini əhatə edirdi. Hazırda isə parkın ərazisi 583,5 hektar təşkil edir. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb, 6600-dən çox insan daimi işlə təmin olunub.

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq satış həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi – təqribən 34,7%-i ixracın payına düşür. Parkda istehsal olunan məhsullar dünyanın 60-dan çox ölkəsinə ixrac edilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.