
İclas İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə baş tutub. Gündəliyə aşağıdakı məsələlər daxil olub:
-
“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsi və əsas hədəflərin müzakirəsi
-
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” layihəsi
-
2025-ci ildə iqtisadi artım, əsas amillər və fəaliyyət sahələrində mövcud vəziyyət
-
2025-ci ilin yekunları üzrə makroiqtisadi və maliyyə sabitliyi sahəsində vəziyyət və siyasət istiqamətləri
-
Digər cari məsələlər
İclasda Baş nazirin müavinləri Samir Şərifov və Şahin Mustafayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Mərkəzi Bankın sədri Taleh Kazımov çıxış ediblər.
Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri rəy və təkliflərini bildiriblər.
İclasın yekununda “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsi və digər məsələlər üzrə müvafiq tapşırıqlar verilib.





