Home » Ötən həftə dünya iqtisadiyyatında nələr baş verdi? – World Economic Forum

Ötən həftə dünya iqtisadiyyatında nələr baş verdi? – World Economic Forum

by bbnadm
0 rəy 0 baxış 3 dəqiqə oxuma

BBN.az World Economic Forum-a istinadən ötən həftə dünya iqtisadiyyatında baş verən əsas hadisələr ilə bağlı yazıb.

1. Hindistanın illik istehlak inflyasiyası 2022-ci ilin iyununda 7%-dən yuxarı olub və 7.75%-ə çatıb, mayda isə bu göstərici 7.97% idi.

2. Yaponiya Mərkəzi Bankının sədri iqtisadi hesabatlar ilə bağlı çox böyük qeyri-müəyyənliyin olması xəbərdarlığını edib. Bildirilib ki, lazım olduqda əlavə yumşaldıcı addımlar atmaqdan çəkinməyəcəyik.

3. Meksikada illik inflyasiya iyunda son 21 ildə ilk dəfə rekorda çatıb və 7.99% olub, bu isə qeyd etdiyimiz kimi 2001-ci ilin yanvarından bəri ən yüksəkidir. 

4. Böyük Britaniyada riteyl satışları yenidən aşağı düşüb, yüksək inflyasiya potensial müştəriləri uzaqlaşdırır.

5. Böyük Britaniyanın iqtisadiyyatı mayda 0.5% böyüyüb, bu isə aprel və mart aylarındakı kiçilməsindən sonra baş verib. Bu haqda isə ölkənin Milli Statistikalar Bürosu bildirib. 

6. Avro və dollar bərabərliyini qoruyur, bu isə 2002-ci ildən bəri ilk dəfədir ki, baş verir. Avropa Komissiyasının ilkin proqnozlarına, əsasən Avrozonanı yavaş iqtisadi inkişaf və yüksək inflyasiya gözləyir.

7. Çərşənbə günü Kanadanın Mərkəzi Bankı əsas faiz dərəcələrini tam bənd artırıb. Buna səbəb kimi isə yüksək və davam edən inflyasiya amilini göstərib. 

8. Cənubi Koreya da həmçinin faiz dərəcələrini iyulun 13-də yarım bənd artırıb, bu isə Koreya Mərkəzi Bankının cari siyasi sistemini 1999-cu ildə adaptasiyasından bu yana ən yüksək artımdır. 

9. Flippin də əsas faiz dərəcələrini 75 baza bəndi artırıb, buna səbəb isə yüksək inflyasiyanın qarşısını almaqdır. 

10. İspaniya hökuməti isə güclü şirkətlər və banklar üzərində müvəqqəti əlavə vergilər tətbiq edir və bu isə ispan xalqına yüksək inflyasiya ilə mübarizə aparmaq üçün hesablanıb. 

11. “International Monetary Fund”-ın (IMF) idarəedici direktoru isə qlobal borc böhranının riskləri ilə bağlı xəbərdarlıq edib. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.