Home » Bu iki böyük ölkənin İran neftinə tələbi artıb: Tələb 2019-cu ildən bu yana ən yüksəkidir

Bu iki böyük ölkənin İran neftinə tələbi artıb: Tələb 2019-cu ildən bu yana ən yüksəkidir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İranın neft ixracı 2022-ci ilin sonunda Çin (İran neftini alan ən böyük idxalçıdır-red.) və Venesueladan gələn tələbin artmasından dolayı artıb. ABŞ və digər ölkələrin İrana qarşı sanksiyalarının davam etməsinə baxmayaraq bu hal baş verib.

BBN.az Fox Business-ə istinadən xəbər verir ki, İranın enerji sektoru 2018-ci ildən bu yana ABŞ sanksiyaları üçün əsas mövzulardan biri olub. Bu sanksiyalardan dolayı İranın neft ixracı 2020-ci ildə 2018-ci ildəki gündəlik 2.5 milyon barreldən 100.000 barrelə qədər azalmışdı.

Prezident Joe Biden ofisi isə son illərdə yüksələn qiyməti aşağı salmaqdan dolayı istehsalı artırmaqla qiyməti aşağı salmağa çalışsa da bu baş tutmadı. Ötən aylarda İranda anti-rejim etirazları başladı, Ukrayna müharibəsində istifadə üçün Rusiyaya özünün dronlarını satması ABŞ ilə İran arasında bu danışıqların baş tutmamasına gətirib çıxardı.

Neft təchizatını izləyən konsultant Petro-Logistics-dən də təsdiq edirlər ki, dekabrda İranın neft ixracı 2019-cu ilin martından bu yana ən yüksək səviyyəyə çatıb. Enerji analitika şirkəti Vortexa-dan da təsdiq edirlər ki, dekabrda Çinin İran xam neftini idxalı rekorda gündəlik 1.2 milyon barrelə çatıb, 1 il əvvəl ilə müqayisədə isə 130% artımdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.