
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımları 447 milyon 608 min manat təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,4% və ya 69,5 milyon manat çoxdur. 2024-cü ilin yanvar-iyul aylarında həyat sığorta şirkətləri 378 milyon 119 min manat sığorta haqqı toplaya bilmişdi. Həyatın yaşam sığortasının bazar payı isə 94,8% təşkil edib.
Cari ilin ilk 7 ayında həyatın yaşam sığortası üzrə ödənişlər 26,6% artaraq 369 milyon 570 min manata çatıb. Ötən ilin eyni dövründə bu göstərici 291 milyon 984 min manat olub.
Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. İşçilər əmək haqqının bir hissəsini hər ay sığortaya yönəldərək müqavilənin sonunda əlavə faiz və vergi, sosial sığorta ödənişlərini geri ala bilirlər.




