Home » Bu il “Karyerada ilk addım” devizi altında 29 aktiv məşğulluq tədbiri keçiriləcək

Bu il “Karyerada ilk addım” devizi altında 29 aktiv məşğulluq tədbiri keçiriləcək

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu il Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində  tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında 29 aktiv məşğulluq tədbirinin keçirilməsi planlaşdırılır.

     Tədbirlər həmin şəhərlərdə olan ümumilikdə 25 universitetdə, 2 kollecdə keçiriləcək. Həmçinin Gənclər Fondu, ASAN Xidmət və işəgötürənlərlə əməkdaşlıq həyata keçirilməklə də “Karyerada ilk addım” tədbirləri təşkil ediləcək.

Mart ayından başlanacaq bu tədbirlərdə tələbə və məzunlar işəgötürənlərə şəxsi məlumatlarını təqdim edə, işəgötürənlər isə müvafiq ixtisaslar üçün kadr seçimi aparmaq imkanı qazanacaq.

Tədbirlər zamanı təcrübə proqramlarında iştirak etmək istəyənlərin qeydiyyatı da aparılacaq, məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə iştirakçılara məlumatlar veriləcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.