Home » Bu ilin əvvəlindən özünüməşğulluq proqramı üzrə 766 şəxs üçün kiçik bizneslər yaradılıb

Bu ilin əvvəlindən özünüməşğulluq proqramı üzrə 766 şəxs üçün kiçik bizneslər yaradılıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı və proqramın genişlənməsinə dəstək olaraq Dünya Bankı ilə birgə icra olunan “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə aktivlərin paylanması işləri 2022-ci ildə də davam edir.

Həmin işlər çərçivəsində bu ilin əvvəlindən paytaxt və regionlarda 766 nəfər  işsiz və işaxtaran şəxsə mal və materiallar formasında aktivlər təqdim edilib.

Həmin şəxslərin mühüm hissəsi şəhid ailələrinin üzvləri, müharibə iştirakçılarıdır.

Verilmiş aktivlər hesabına onlar müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik bizneslərini yaradıblar.

Özünüməşğulluq proqramına və qeyd edilən layihəyə cəlb olunan şəxslər ilk mərhələdə təlimlərdə iştirak edərək, kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar qazanır, daha sonra biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.