Home » Bu ilin 10 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 139,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib

Bu ilin 10 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 139,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib

by anar
0 comment 0 views 1 minutes read

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin 10 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 139,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə 43 hərrac keçirilib. Hərraclarda 6 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 525 nəqliyyat vasitəsi satılıb. Bu ilin yanvar-oktyabr ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə elektron sifarişlərin sayı 391, “Elektron Hərrac” proqram təminatı vasitəsilə onlayn qoşulmaların sayı isə 48 olub.

Cari ilin 10 ayında özəlləşdirmədən dövlət büdcəsinə 108,2 milyon manat vəsait daxil olub, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% artım qeydə alınıb.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 519-u qeyri-yaşayış, 2.951-i isə torpaq sahəsi üzrə olmaqla 3.470 yeni icarə müqaviləsi bağlanılıb.

2024-cü ilin 10 ayında daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 31,5 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3% artım qeydə alınıb.

Beləliklə, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 139,8 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə 7% artım qeydə alınıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.