Home » Bu ilin 4 ayında pensiya ödənişlərinə 234 mln. manat çox vəsait yönəldilib

Bu ilin 4 ayında pensiya ödənişlərinə 234 mln. manat çox vəsait yönəldilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2023-cü ilin 4 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (234 mln. manat) çox olmaqla 1 mlrd. 891 mln. manat vəsait yönəldilib.

Pensiyaların orta aylıq məbləği 18 faiz artaraq 432 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 465 manata çatıb.

Növbəti sosial islahat paketi çərçivəsində minimum pensiya bu il fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. Ötən il pensiyaçılara verilən maddi yardımlar bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilərək pensiyaları artırılıb. Həmin artım tətbiq edildikdən sonra pensiyaların 2022-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilərək artırılması təmin edilib.

Bu ilin yanvar-aprel ayları ərzində 12,8 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 84,3 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.