Home » Bu ilin I yarısında Energetika Nazirliyi tərəfindən 119 icazə verilib

Bu ilin I yarısında Energetika Nazirliyi tərəfindən 119 icazə verilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2020-ci ilin ikinci rübündə Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 59 icazə verilib. Bunlardan 58-i ixrac nəzarətinə düşən malların idxalı, 1-i ixracı ilə bağlı olub. Bu dövrdə 29icazənin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Ümumilikdə isə bu ilin 6 ayı ərzində ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 119 icazə verilib. Onlardan 110-u ixrac nəzarətinə düşən malların idxalı, 7-si ixracı, 2-si isə tranziti ilə bağlı olub.

 Yarımildə 87 icazənin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən 3 növ icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.