Home » Bu ilin ilk rübündə sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,6% çox olmaqla 1 milyard 523 milyon manat vəsait ödənilib

Bu ilin ilk rübündə sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,6% çox olmaqla 1 milyard 523 milyon manat vəsait ödənilib

by bbnadm
0 comments 0 views 0 minutes read

Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2021-ci ilin ilk rübündə də davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-mart aylarında həmin istiqamətlər üzrə ümumilikdə 2 milyon 250 mindən çox şəxsə ödənişlər edilib. 

Həmin sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,6% və ya 93,9 milyon manat çox olmaqla 1 milyard 523 milyon manat vəsait ödənilib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.