![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 2021-ci ilin birinci rübü ərzində 3,5 milyon müraciət qeydə alınıb.
Hazırda Nazirlik üzrə 103 xidmət e-platforma üzərindən göstərilir. Bu il ərzində qurumun fəaliyyət sahələri üzrə daha 50 xidmətin elektronlaşdırılması nəzərdə tutulur. Nəticədə Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsi bu ilin sonuna 90%-ə çatacaq.
Eyni zamanda, “Virtual DOST mərkəzi” platformasının hazırlanması işləri də aparılır. Həmin e-platforma ölkəmizin istənilən yerində olan şəxsə hər hansı DOST mərkəzinə getmədən mobil aplikasiyalar vasitəsilə DOST xidmətlərindən faydalanmaq üçün müraciət imkanı yaradacaq.