Home » Bu ilin yanvar-iyun ayları ərzində 177.664 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Bu ilin yanvar-iyun ayları ərzində 177.664 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlak üzərində 177.664 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu göstəricinin 27.707-si (15,6%) ilkin, 149.957-si isə (84,4%) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

2024-cü ilin ilk 6 ayında fərdi yaşayış və bağ evi üzərində – 27.695, mənzil üzərində – 39.388, torpaq sahəsi – 104.580, qeyri-yaşayış binası – 1.586, qeyri-yaşayış sahəsi – 4.017, əmlak kompleksi – 376, çoxmərtəbəli yaşayış binası üzərində isə 22 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 45.513-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin birinci yarımilliyi ərzində 132.115 texniki pasport tərtib edilib, 35.203 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.