Home » BVF Türkiyə iqtisadiyyatını qiymətləndirib

BVF Türkiyə iqtisadiyyatını qiymətləndirib

by yunus
0 comments 0 views 1 minutes read

Beynəlxalq Valyuta Fondu (BVF) Türkiyə iqtisadiyyatının qısa müddətdə güclü böyüməsini qoruyub saxlayacağı və inflyasiyanın tədricən azalmağa davam edəcəyi gözlənildiyini bildirib.

BBN.az xəbər verir ki, fond BVF-in 4-cü maddə üzrə məsləhətləşmələri çərçivəsində BVF heyətinin ölkəyə səfəri nəticəsində əldə olunan ilkin müşahidələri bölüşüb.

BVF tərəfindən yayılan açıqlamada bildirilib ki, rəsmilərin iqtisadi artımı qorumaqla yanaşı inflyasiyanı azaltmaq öhdəliyi mühüm nailiyyətlər gətirib. Bu nailiyyətlərə inflyasiyanın tədricən azalması, liraya inamın artması və valyuta ehtiyatlarının güclənməsi daxildir.

Açıqlamada qeyd olunub ki, iqtisadi artım möhkəm olaraq qalır və risklər hələ də yüksək olsa da, ötən illə müqayisədə azalıb. Güclü siyasətlərin əsas rol oynadığı, Türkiyə Respublikasının Mərkəzi Bankının (TCMB) real faiz dərəcələrini yüksək saxlamaq və maliyyə risklərini nəzarətdə tutmaq üçün müxtəlif alətlərdən istifadə etdiyi, həmçinin bu il büdcə kəsirinin azalmasının inflyasiyanı cilovladığı vurğulanıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.