Home » Bəhruz Nağıyev: “Qeyri-neft sektorunda kreditə tələb var və maliyyələşmə davam edəcək”

Bəhruz Nağıyev: “Qeyri-neft sektorunda kreditə tələb var və maliyyələşmə davam edəcək”

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

“Düşünürəm ki, rəqəmlər də onu göstərir ki, iqtisadi nəticələr qeyri-neft sektorunda davam edəcək. Həmçinin Azərbaycan hökuməti də 2025-ci il üçün dövlət büdcəsinin ilkin parametrlərini, eyni zamanda növbəti 3 il üçün makroiqtisadi gözləntilərini açıqlayıb və ordakı iqtisadi proqnozlar barədə həmfikirəm. Qeyri-neft sektorunda kreditə tələb var və maliyyələşmə davam edəcək. Kiçik və Orta sahibkarlıq (KOS) seqmenti də daxil olmaqla, rəqabət isə həddindən çox artıb və rəqabət yalnız inkişafa gətirib çıaracaq”.  

Bu sözləri “PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev jurnalistlər üçün təşkil edilmiş mətbuat konfransında BBN.az-ın yenə həmin müsahibədə qeyd edirdiniz ki, “PAŞA Bank” riskləri qiymətləndirmək üçün kompleks yanaşma tətbiq edir. Bank tərəfindən daima iqtisadi və bazar təhlili aparılır, o cümlədən bazar göstəriciləri və iqtisadi proqnozlar yaxından izlənilir, eyni zamanda inflyasiya səviyyələri, valyuta dəyişiklikləri və iqtisadi artım proqnozları kimi amillər təhlil edilir. Bank müştərisi olaraq, ölkənin TOP banklarından biri kimi proqnozlarınız nə yöndədir? sualına cavab olaraq bildirib.

“Fikirləşirəm ki, əhalinin gəlirlərində artım olacaq, düzdür bunun daxilində inflyasiya faktoru olsa da, olmasa belə, ölkədə iqtisadi fəallıq mövcududur və iqtisadi fəallığın olduğu yerdə artım da gözləniləndir. İnflyasiya faktoru isə digər region ölkələrində və Avropda da mövcuddur. Həmçinin portfel keyfiyyət meyarı 2.5-2.6 səviyyəsində qalacaq, çünki banklar çox ciddi şəkildə bu işlə məşğuldurlar”, – deyə “PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini bildirib. 

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.