Home » Bərdədə əmək münasibətləri sahəsində maarifləndirmə tədbiri keçirilib

Bərdədə əmək münasibətləri sahəsində maarifləndirmə tədbiri keçirilib

by anar
0 comments 1 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Xidmətin tabeliyində Əməyin Müfafizəsi Mərkəzi ilə birgə Bərdə rayonunda Əməyin Mühafizəsi Mərkəzi (Mərkəz) ilə birgə “Qeyri-formal məşğulluğun qarşısının alınması. Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və bədbəxt hadisələrdən sığorta. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində çalışacaq mütəxəssislərin əmək qanunvericiliyində nəzərdə tutulmuş  üstünlükləri.” mövzularında maarifləndirmə tədbiri keçirib.

Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Xidmətin Qazax-Tovuz regional şöbəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən müəssisələrin işəgötürənləri iştirak edib.
Təqdimatlar vasitəsilə çıxışlar edilib. Bildirilib ki, qeyri-rəsmi məşğulluq əmək ehtiyatlarından səmərəli istifadə olunmasına, layiqli əməyin dəstəklənməsinə, işəgötürənlərin də iqtisadi mənafelərinə, müəssisədə əmək məhsuldarlığına, keyfiyyətli istehsal və xidmət prosesinə ciddi zərər vurur. Həmçinin qarşıda duran əsas məqsədin ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində vətəndaşların əmək və sosial hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti gücləndirmək, bu sahədə koordinasiyalı fəaliyyəti təmin etmək,  qeyri-formal məşğulluğun qarşısını almaqdan ibarət olduğu vurğulanıb. Əmək qanunvericiliyinin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Mərkəzin əməkdaşı da öz növbəsində sahə üzrə qanunvericiliyin tələblərini qonaqların diqqətinə çatdırmaqla yanaşı qurum haqqında ətraflı məlumat verərək bildirib ki, Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə, əməyin mühafizəsi üzrə standard, norma və qaydaların müəssisələrdə tətbiqinə mühüm dəstək göstərir.

Tədbirin sonunda işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.