Home » Cənubi Koreya brendləri Rusiya bazarı ilə bağlı qərarsızdırlar

Cənubi Koreya brendləri Rusiya bazarı ilə bağlı qərarsızdırlar

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Rusiya və Ukrayna arasında 24 fevral tarixindən etibarən başlanan gərginlik nəticəsində müxtəlif sektorlar üzrə bir çox beynəlxalq korporasiyalar və brendlər Rusiya bazarını tərk etməyə başlayıb. Bu çıxışlar Rusiya iqtisadiyyatına zərər vursa da, sözügedən şirkətlərin özü də bu qərar nəticəsində mənfi tendensiyaya məruz qalır.

Bu səbəbdən, bir sıra şirkətlər Rusiya bazarından çıxmaqla bağlı qəti qərar verməyib. Bu şirkətlərin arasında Cənubi Koreya mərkəzli şirkətlər də yer alır. Elektronika və texnologiya nəhəngi “Samsung Electronics” şirkətinin rəhbəri Han Jong-hee münaqişənin ilkin mərhələsində verdiyi açıqlamada, vəziyyətə uyğun olaraq risklərin minimallaşdırılmasını nəzərə alaraq cavab tədbiri görəcəklərini bildirib. İlkin olaraq, mart ayının əvvəllərində Rusiyaya məhsul göndərilməsi dayandırılsa da, bu yarımkeçirici qıtlığı səbəbindən təklifin azalması ilə əlaqələndirilib. Daha sonralar isə, bazardan çıxmaqla bağlı heç bir açıqlama verilməyib.

“Samsung” Rusiya bazarından illik 3.3 milyard dollar civarında satış gəliri götürür. Əslində bu şirkətin ümumi satışlarının cəmi 3%-lik hissəsini təşkil etsə də, Moskva ətrafında şirkətin televizor istehsalı zavodlarının olması gəlirlilik baxımından təsir göstərir. Digər tərəfdən isə, Rusiyanın ağıllı telefon bazarında “Samsung” ən böyük paya (34%) sahibdir. Şirkətin bazardan çıxması, onun ən yaxın rəqibi olan Çin mərkəzli “Xiaomi” şirkətinin payını (26%) artıraraq liderliyə keçməsinə gətirib çıxarar.

Digər elektronika brendi “LG Electronics” Rusiyada yarımkeçirici qıtlığı səbəbindən əməliyyatlarını dayandırsa da, bazardan çıxmaqla bağlı rəsmi açıqlama verməyib. Rusiya bazarı şirkətin ümumi satışlarının təqribi 4%-lik hissəsini təşkil edir.

Ötən il Rusiya bazarında 380 min avtomobil satışı həyata keçirən digər bir Cənubi Koreya brendi “Hyundai Motor Group” Sankt-Petersburq şəhərində yerləşən zavodunda istehsal prosesini müvəqqəti olaraq dayandırıb.

Son olaraq, gömrük statistikalarına əsasən, Rusiya Cənubi Koreyanın ən böyük onuncu ticarət partnyorudur. 2021-ci ildə ölkələr arasında həyata keçirilən idxal-ixrac əməliyyatlarının ümumi həcmi 27.3 milyard dolları ötüb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.