![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Asiya qitəsinin ən qabaqcıl iqtisadi güclərindən olan Cənubi Koreya oktyabr ayında son on ilin ən yüksək inflyasiya göstəricisi ilə qarşılaşıb. Belə ki, sentyabr ayında qeydə alınan 2.6%-lik artımdan sonra oktyabr ayında ötən ilin müvafiq dövrü ilə nisbətdə istehlak qiymətləri indeksində 3.2%-lik artım qeydə alınıb. “Reuters” analitikləri inflyasiya proqnozunu 3.2% olaraq göstərsə də, Cənubi Koreya Mərkəzi Bankı 2.1% civarında proqnoz açıqlamışdı.
Cənubi Koreyada inflyasiyanın ən kəskin hiss olunduğu sektor yanacaq sektoru olub. Belə ki, yanacaq məhsullarının qiymətlərində 27.3% artım qeydə alınıb. Daşınmaz əmlak sektorunda sözügedən göstərici 1.8% olsa da, ərzaq məhsullarında 3.2%-lik inflyasiya qeydə alınıb.
Cənubi Koreya Mərkəzi Bankı ölkədə inflyasiyanın qarşısının alınması məqsədilə uçot faiz dərəcəsini 25 faiz bəndi artıraraq 0.75%-dən 1%-ə yüksəldib. Mərkəzi Bank rəsmisi bununla kifayətlənməyəcəklərini və yaxın müddətdə daha bir neçə dəfə faiz artımına gedəcəklərini vurğulayıb.