Home » Cari ilin 6 ayında e-sosial portalının aktiv istifadəçilərinin sayı artaraq 666 minə çatıb

Cari ilin 6 ayında e-sosial portalının aktiv istifadəçilərinin sayı artaraq 666 minə çatıb

by bbnadm
0 comments 0 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin geniş funksional imkanlara malik “e-sosial” internet portalına ictimai maraq artmaqda davam edir. Bunun göstəricisi kimi, cari ilin yanvar-iyun aylarında portalın aktiv istifadəçilərinin sayı artaraq 666 minə çatıb.

Nazirliyin innovativ nailiyyətlərindən olan e-pensiya, e- müavinət və e-təqaüd sistemləri vətəndaşlara 2 növdə pensiya, 19 növdə müavinət-təqaüd təyinatını onların müraciəti, nəticədə məmur-vətəndaş təması olmadan, proaktiv qaydada aparmağa imkan yaradıb. Bu e-sistemlər vasitəsilə bu ilin 6 ayında 53 min  nəfərə, ümumilikdə ötən dövrdə isə 85,1 min nəfərə e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub.

15 növdə e-arayış xidməti vasitəsilə bu ilin ilk yarımilində 324 min insana elektron qaydada arayışlar verilib, e-SSN xidməti vasitəsilə 120 min şəxsə isə elektron qaydada fərdi hesab açılıb.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.