Home » Cari ilin ötən dövründə 78 əmək yarmarkası təşkil edilib

Cari ilin ötən dövründə 78 əmək yarmarkası təşkil edilib

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslərin işlə təmin edilməsi, mövcud vakansiyalarla tanışlıq və işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisas və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə cari ilin ötən dövründə paytaxt və bölgələrdə 78 əmək yarmarkası təşkil edilib.

İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirlərdə ümumilikdə 939 müəssisə iştirak edib və işsiz və işaxtaran şəxslərə 15 552 vakansiya təqdim edilib.

Qeyd edək ki, aktiv məşğulluq tədbirində öz kiçik biznesini qurmaq istəyən şəxslərə özünüməşğulluq proqramı, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslərə isə peşə hazırlığı və Agentliyin digər istiqamətləri barədə məlumatlar verilir, müraciət edən şəxslərin qeydiyyatı aparılır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.