Home » “Cashback”lərdən vergi tutulur? – Açıqlama

“Cashback”lərdən vergi tutulur? – Açıqlama

by bbnadm
0 comments 24 views 1 minutes read

“Cashback-lərin nağdsız ödənişlərə təsiri baxımından ilkin olaraq bir-neçə statistik göstəricini qeyd etmək istəyirəm. 2023-cü ilin I rübünün nəticələrinə baxsaq, ölkədaxilində həyata keçirilən kart əməliyyatlarının həcmi 17.7 milyard manat olub, bunun da 9 milyard manatı məhz nağdsız ödənişlər üzrə olmuşdur. Bu onu deməyə əsas verir ki, ötən dövr ilə müqayisədə kart ödənişlərində nağdsız ödəmənin xüsusi çəkisi 12% artmışdır. Hazırda nağdsız dövriyyənin xüsusi çəkisi 51% təşkil edir”.

Bu haqda bu gün, təşkil edilən mətbuat konfransında BBN.az-ın suallarını cavablandıran zaman Mərkəzi Bankın baş direktoru Fərid Osmanov deyib.

“Cashback-lərin verilməsi faizi məhz bankların öz biznes maraqlarından çıxış edərək həyata keçirilir. Amma Vergilər Məcəlləsi baxımından baxdıqda fiziki şəxslər ilə münasibətdə müqayisədə cashback-lər müvafiq gəlir vergisindən azaddır. Bu bankların biznes maraqlarından və hər-hansı öz ödəniş kart məhsullarını stimullaşdırılması və yeni məhsulların yaradılması fonunda bu keyfiyyət faizləri banklardan banklara dəyişkəndir”. 

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.