Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Çexiya Azərbaycandan neft idxalını dəyər ifadəsində artırıb - BBN

Çexiya Azərbaycandan neft idxalını dəyər ifadəsində artırıb

Çexiya bu ilin yanvar-iyul aylarında Azərbaycandan 562 milyon 116 min ABŞ dolları dəyərində neft idxal edib.

BBN.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15 milyon 24 min dollar və ya 2,8 % çoxdur.

Hesabat dövründə Çexiyanın Azərbaycandan idxal etdiyi neftin həcmi isə 802 min 370 ton təşkil edib. Bu, illik müqayisədə 225 min 229 ton və ya 21,9 % azdır.

Qeyd edək ki, yanvar-iyul aylarında 7,5 milyon ton xam neft idxal edən İtaliya Azərbaycanın əsas neft ixrac istiqaməti olub.

Related posts

Qazaxıstan neftinin Gürcüstan üzərindən tranziti 5 dəfə artır

“Azeri Light” nefti 3,58 % bahalaşıb

Neft qiymətləri Yaxın Şərqdəki gərginlik fonunda yüksəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı