Home » Çexiyalı investorlar KOBİA-da olub

Çexiyalı investorlar KOBİA-da olub

by anar
0 rəy 2 baxış 1 dəqiqə oxuma

KOBİA və çex iş adamlarından ibarət nümayəndə heyəti arasında görüşdə yerli KOB-larla əməkdaşlıq imkanları müzakirə edilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) xarici və yerli şirkətlər arasında əməkdaşlıq qurmaq, onların Azərbaycanın KOB subyektləri ilə əlaqələrinin genişləndirilməsi imkanlarını müzakirə etmək üçün ölkəmizə səfərə gələn xarici ölkələrin biznes missiyaları və iş adamları ilə mütəmadi olaraq görüşlər keçirir.

Növbəti belə görüş ölkəmizdə səfərdə olan çexiyalı investorlardan ibarət nümayəndə heyəti ilə keçirilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Çexiyanın “Czech Engineering” şirkətinin baş direktoru Milan Pavlicekin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə ölkəmizdəki əlverişli investisiya mühiti, KOB-lara dəstək, KOBİA-nın fəaliyyəti barədə məlumat verilib, yerli KOB-larla əməkdaşlıq imkanları müzakirə edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.