0
“GPT-4 OpenAI-nin təqdim etdiyi ChatGPT-nin yeni versiyasıdır. O ABŞ tibbi lisenziyası ilə bağlı imtahanı uğurla başa vurub”.
BBN.az xəbər verir ki, bu haqda maliyyə məsləhətçisi Linas Beliunas özünün LinkedIn platforması üzərindən yazıb.
“Ən əsası isə GPT-4 100.000-də 1 xəstəliyi saniyələr içində diaqnoz edə bilir. Tibbin gələcəyi həmişəlik dəyişmişdir”, – deyə o, sözlərinə əlavə edib.