Home » Çin ən az inkişaf etmiş 10 ölkədən idxala gömrük rüsumunu ləğv edir

Çin ən az inkişaf etmiş 10 ölkədən idxala gömrük rüsumunu ləğv edir

by bbnadm
0 comments 0 views 1 minutes read

Çin Xalq Respublikası açıq qlobal iqtisadiyyatı təşviq etmək üçün ən az inkişaf etmiş 10 ölkədən idxal edilən vergitutma obyektlərinin 98 faizinə gömrük tarifini sıfır dərəcə ilə tətbiq edəcək. Çin Dövlət Şurasının Gömrük Tarif Komissiyasının məlumatına görə, Əfqanıstan, Benin, Burkina Faso, Qvineya-Bisau, Lesoto, Malavi, San-Tome və Prinsipi, Tanzaniya, Uqanda və Zambiyadan idxal edilən malların 98 faizi gömrük rüsumundan azad ediləcək. Qərar 1 dekabrdan qüvvəyə minəcək.

Tarif Komissiyasının açıqlamasında bildirilir ki, bu addımın atılması qarşılıqlı fayda üşün şərait yaratmaq, açıq qlobal iqtisadiyyat formalaşdırmaq və ən az inkişaf etmiş ölkələrə öz inkişaflarını sürətləndirməyə kömək etmək məqsədi daşıyır.

Bu siyasət tədricən genişləndiriləcək, Çinlə diplomatik əlaqələr qurmuş bütün zəif inkişaf etmiş ölkələri əhatə edəcək.

Mənbə: https://vergiler.az/

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.