Dünyanın ən güclü iqtisadiyyatlarından birinə malik Çin Xalq Respublikasının maliyyə sektorunun portfelində dəyişikliklər baş verib. Belə ki, 2021-ci ilin yekun göstəricilərinə əsasən Honk Konq birjasında siyahıya alınan 32 qabaqcıl bankın 17-si daşınmaz əmlak bazarlarına ayırdığı kreditin həcmini azaldıb.
“CITIC Bank”, “Minsheng Bank”, “Shengjing Bank”, “Bohai Bank” kimi bankları özündə cəmləşdirən bu siyahıdakı bankların daşınmaz əmlak bazarına ayırmaları 32% civarında azalıb.
“China Real Estate Information” agentliyinin məlumatına görə, fevral ayında daşınmaz əmlak sektorunun ən qabaqcıl 100 iştirakçısının banklar da daxil olmaqla, xarici mənbələrdən ümumi cəlb etdikləri maliyyə vəsaitinin həcmi 59% azalaraq, 39.8 milyard yuan (6.24 milyard dollar) həcmində qərarlaşıb.
Səbəb olaraq isə, ötən ilin sonlarında “Evergrande Group” da daxil olmaqla, bir sıra daşınmaz əmlak nəhənglərinin borclarını geri ödəməkdə çətinlik çəkməkləri göstərilib.