Home » Çin Böyük Britaniya və Kanadaya birtərəfli viza güzəşti verəcək

Çin Böyük Britaniya və Kanadaya birtərəfli viza güzəşti verəcək

by yunus
0 comments 0 views 1 minutes read

Çin Böyük Britaniya və Kanadaya birtərəfli viza güzəşti verəcək.

BBN.az xəbər verir ki, Çin Kovid-19 pandemiyasından sonra xaricdən səfərləri artırmaq məqsədilə 2023-cü ildə başladığı birtərəfli viza azadlığı proqramına İngiltərə və Kanadanı da daxil edəcəyini açıqlayıb.

Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, İngiltərə və Kanada vətəndaşları 17 fevral tarixindən etibarən 30 günü keçməmək şərti ilə Çinə vizasız səfər edə biləcəklər.

Kovid-19 pandemiyası səbəbindən azalan xarici səfərləri canlandırmağı hədəfləyən Çin, bir çox ölkənin vətəndaşları üçün qısamüddətli səfərlərdə viza azadlığı və vizasız tranzit keçid imkanları yaradaraq təşviqedici addımlar atmışdı.

Pekin rəhbərliyi 2023-cü ilin dekabr ayında 6 ölkə ilə başlayan və 15 günlə məhdudlaşdırılan viza azadlığı proqramının müddətini 30 günə qədər artırmış, eyni zamanda bu proqramdan yararlanan ölkələrin sayını 47-yə çatdırmışdı. Bundan əlavə, 55 ölkənin vətəndaşlarına 10 günədək vizasız tranzit keçid imkanı təmin edilmişdi.

Kanadanın Baş naziri Mark Karni və İngiltərənin Baş naziri Kir Starmer ötən ay Çinə etdikləri ayrı-ayrı səfərlər zamanı ölkələrinin viza azadlığı proqramına daxil edilməsi ilə bağlı razılığa gəldiklərini bildirmişdilər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.