
Çin Mərkəzi Bankı (PBOC) ev təsərrüfatlarında kredit aktivliyini artırmaq məqsədilə birdəfəlik “kredit bərpası” mexanizmi elan edib.
BBN.az xəbər verir ki, qərara əsasən, 2020-ci ildən bəri yaranmış və 10 min yuanadək (təxminən 1 420 dollar) olan gecikmiş fərdi borclar tam ödənildikdən sonra kredit tarixçəsindən silinəcək.
Addım bank kreditləşməsinin zəiflədiyi bir vaxta təsadüf edir. Son məlumatlara görə, noyabr ayında yeni kreditlər gözləntiləri doğrultmayıb, xüsusilə ev təsərrüfatlarına verilən kreditlərdə azalma müşahidə olunub. Pərakəndə satışlar isə “zero-COVID” məhdudiyyətlərinin ləğvindən sonra ən aşağı səviyyəyə enib.
Rəsmilər hesab edirlər ki, bu qərar istehlakçıların kreditlərə çıxışını asanlaşdıracaq və daxili tələbin bərpasına töhfə verəcək.






