Çin Mərkəzi Bankı (PBOC) milli rəqəmsal valyutanın yaradılması üçün araşdırma və tərtibat fəaliyyətlərini həyata keçirir. Bu barədə, PBOC vitse-prezidenti Yifei Fan 4 aprel tarixində milli valyutanın təhlükəsizliyi ilə bağlı keçirdikləri telekonfransda açıqlama verib.
Bu rəqəmsal yuan barədə PBOC tərəfindən verilən üçüncü açıqlamadır. Belə ki, 2018-ci ildə layihənin başlandığı bildirilib. Ötən il isə, layihənin sürətləndirildiyi açıqlanıb.
Layihənin tamamlanmasında qərarlılığın göstərildiyi cari açıqlamanın əsas səbəbi kimi isə, koronavirus pandemiyası səbəbindən nağd pula meyilliliyin azalması ehtimal edilir.
Rəqəmsal yuan ilə yanaşı, PBOC nağd pul dövriyyəsinə nəzarətin gücləndirilməsi üçün digər layihələrin də həyata keçiriləcəyini açıqlayıb.