Çin Mərkəzi Bankı (PBOC) koronavirusun ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün uçot dərəcəsini 20 bənd azaldaraq 2,2%-ə endirib. Uçot dərəcəsinin endirilməsinin əsas səbəbi kimi, ölkədə yenidən fəaliyyətə başlayan şirkətlərə dəstək olmaq və koronavirus pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirini yumşaltmaq göstərilib.
Qeyd edək ki, bu Çinin koronavirus tendensiyası başlayandan bəri getdiyi üçüncü faiz endirimidir. Bununla yanaşı, PBOC bugün 7 günlük əks-repo əməliyyatları vasitəsilə iqtisadiyyata 50 milyard yuan (7 milyard dollar) inyeksiya edib.