
Çində istehlak qiymətləri durğunlaşmağa və istehsalçı qiymətləri azalmağa davam edir.
BBN.az xəbər verir ki, Çində istehlak qiymətlərində durğunluq və istehsalçı qiymətlərində azalma ilin ilk ayında da davam edib.
Çin Milli Statistika Bürosu qiymət artımları ilə bağlı yanvar ayına dair məlumatları açıqlayıb. Məlumatlara əsasən, İstehlak Qiymətləri İndeksi (İQİ) illik ifadədə 0,2 faiz artdığı halda, İstehsalçı Qiymətləri İndeksi (İİQ) 1,4 faiz azalıb.
Ölkədə istehlak qiymətlərində müşahidə olunan durğunluq və istehsalçı qiymətlərində davam edən eniş fonunda deflyasiya meyilləri hiss olunmaqda davam edib.
İQİ üzrə artım əvvəlki ayda qeydə alınan 0,8 faizlik yüksəlişlə müqayisədə zəifləyib, İİQ üzrə azalma isə ötən ayki 1,9 faizlik enişə nisbətən daha mülayim olub.





