0
Çin Avtomobil İstehsalçıları Birliyinin (CAAM) tərtib etdiyi aylıq hesabata əsasən, cari ilin yanvar ayında Çində avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 18,7% az olub.
Hesabata görə, son 1 ildə elektriklə işləyən nəqliyyat vasitələrinin satışında 51.6%-lik azalma müşahidə olunub.
Qeyd edək ki, CAAM ölkədə hökm sürən və sürətlə yayılan korona virusu səbəbindən fevral ayında avtomobil satışlarının daha da azalacağını proqnozlaşdırıb.