Home » Çində istehlak qiymətləri durğunlaşmağa və istehsalçı qiymətləri azalmağa davam edir

Çində istehlak qiymətləri durğunlaşmağa və istehsalçı qiymətləri azalmağa davam edir

by yunus
0 comments 0 views 1 minutes read

Çində istehlak qiymətləri durğunlaşmağa və istehsalçı qiymətləri azalmağa davam edir.

BBN.az xəbər verir ki, Çində istehlak qiymətlərində durğunluq və istehsalçı qiymətlərində azalma ilin ilk ayında da davam edib.

Çin Milli Statistika Bürosu qiymət artımları ilə bağlı yanvar ayına dair məlumatları açıqlayıb. Məlumatlara əsasən, İstehlak Qiymətləri İndeksi (İQİ) illik ifadədə 0,2 faiz artdığı halda, İstehsalçı Qiymətləri İndeksi (İİQ) 1,4 faiz azalıb.

Ölkədə istehlak qiymətlərində müşahidə olunan durğunluq və istehsalçı qiymətlərində davam edən eniş fonunda deflyasiya meyilləri hiss olunmaqda davam edib.

İQİ üzrə artım əvvəlki ayda qeydə alınan 0,8 faizlik yüksəlişlə müqayisədə zəifləyib, İİQ üzrə azalma isə ötən ayki 1,9 faizlik enişə nisbətən daha mülayim olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.