Home » Çinin ABŞ-da həyata keçirdiyi investisiyalar kəskin azalıb

Çinin ABŞ-da həyata keçirdiyi investisiyalar kəskin azalıb

by bbnadm
0 comments 0 views 0 minutes read

Çin Xalq Respublikasının 2019-cu il üzrə ABŞ iqtisadiyyatında birbaşa investisiyaları koronavirus pandemiyası və bir sıra konfliktlər səbəbindən son on ilin ən aşağı səviyyəsinə geriləyib. 2009-cu ildən bu yana qeydə alınan ən aşağı göstərici olmaqla, birbaşa investisiyaların həcmi 5 milyard dollar civarında qərarlaşıb.

Bu barədə, ABŞ-ın araşdırma şirkəti “Rhodium Group” hesabatında qeyd edib. Hesabata görə, ötən il birbaşa investisiyalar 2018-ci ilə nəzərən 7.4% azalıb. Qeyd edək ki, bu göstərici 2016-cı ildə 45 milyard dollar ilə rekord səviyyədə qərarlaşmışdı.

Digər tərəfdən isə, ABŞ tərəfindən Çin Xalq Respublikasına həyata keçirilən birbaşa investisiyalar 2018-ci ilə nəzərən 7.7% artaraq 14 milyard dollara çatıb.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.