Home » Çinin daha iki şirkəti ilə anlaşma memorandumu imzalanıb

Çinin daha iki şirkəti ilə anlaşma memorandumu imzalanıb

by anar
0 comment 0 views 1 minutes read

COP29 çərçivəsində Energetika Nazirliyi, Çinin “China Southern Power Grid International (Hong Kong) Co.,Ltd” və “Powerchina Huadong Engineerıng Corporation Limited” şirkətləri arasında enerji saxlanması sahəsində Anlaşma Memorandumu imzalanıb. Sənəd nasoslu hidroakkumulyasiya sistemi (PHS), batareya enerji saxlama sistemi (BESS), yüksək gərginlikli birbaşa cərəyan ötürmə sistemi (HVDC) və digər alternativ enerji ötürmə, paylama, şəbəkə rəqəmsallaşdırma texnologiyaları kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur. Memoranduma əsasən, həyata keçiriləcək fəaliyyətlərin səmərəliliyini təmin etmək, koordinasiyanı gücləndirmək və proseslərə nəzarət məqsədilə İdarəetmə Komitəsi və İşçi qrupu yaradılacaqdır.

İmzalanma mərasimindən əvvəl energetika naziri Pərviz Şahbazovla şirkətlərin vitse-prezidentləri Fan Yaliang, Liu Shaoquan və Zhu Bonun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş də olub.

Görüşdə Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətlərindən bəhs edilərək, Memorandum çərçivəsində bərpa olunan enerji və enerji saxlanması texnologiyaları sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycanın yaşıl enerji istehsalını artırmaq, regionda və dünyada enerji dəhlizlərinin inkişafını təşviq etmək üzrə səyləri qeyd edilib. Çin şirkətlərinin bu prosesdə iştirakı müasir texnologiyaların tətbiqi və innovativ həllərin inteqrasiyası kontekstində dəyərləndirilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.