Home » Çinin iqtisadi artımı zəifləyə bilər – PROQNOZ

Çinin iqtisadi artımı zəifləyə bilər – PROQNOZ

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olan Çin Xalq Respublikası son dövrlərdə iqtisadi durğunluq yaşayır.

ABŞ-ın ən böyük investisiya banklarından olan “Goldman Sachs” Çin iqtisadiyyatının 2022-ci il üçün artım proqnozunu açıqlayıb. Proqnoza əsasən, 2022-ci ildə Çinin iqtisadi artım göstəricisi koronavirus pandemiyası və ölkədaxili yüksək inflyasiyanın təsiri nəticəsində hazırki səviyyəsindən də aşağı düşərək 4.8% civarında qərarlaşacaq.

Çinin Milli Statistika Bürosundan (NBS) yayılan məlumata əsasən, Çin iqtisadiyyatı 2021-ci ilin üçüncü rübündə 4.9% artaraq 82.3 trilyon yuanı (12.8 trilyon dolları) keçib. İkinci rübdə bu göstərici, 7.9% səviyyəsində olub.

Qeyd edək ki, bu artım pandemiya dövrü istisna olmaqla, son 28 ildə qeydə alınmış ən aşağı göstəricidir. Pandemiya dövründə isə 2020-ci il üzrə ÜDM artımı göstəricisi 2.8% olub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.