
CNBC Business-də analitiklər kripto bazarda yaranan vəziyyətin ənənəvi aktivlərə təsirlərini müzakirə ediblər
Kripto şirkəti FTX-in müflis olmasından və milyardlarla dollar itkiyə görə Baş icraçı direktorunun (CEO) Baham adalarında həbs edilməsindən sonra, sektor ilə bağlı bir çox suallar yaranıb. İki fərqli məhkəmə sənədlərinə əsasən FTX-in vəkili deyib ki, şirkətin təxminən 1 milyondan çox kreditoru var və TOP 50 təminatsız kreditoruna isə 3.1 milyard dollar borcludur.
BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, AJ Bell-dən investisiya analitikinin sözlərinə əsasən kripto ilə bağlı yaranan vəziyyətin ənənəvi aktivlərə və digər maliyyə sistemlərinə təsiri ilə bağlı hələ ki heç bir işarə yoxdur.
Çərşənbə günü “Squawk Box Europe”dan investisiya analitiki Laith Khalaf deyib ki, kriptoda çox pul var, ancaq bu fərqli bir ekosistemdir: “Lakin bu o demək deyil ki, gələcəkdə bəzi sahələrə təsirləri olmayacaq”.
“Kripto çox dəyişkən aktivdir”
Khalaf kriptonun gələcəyi ilə bağlı bir proqnoz vermək istəməyib, çünki o aktiv kimi çox dəyişkəndir: “Növbəti ildə bitkoinin qiymətini 5.000 yaxud 50.000 dollar arasında görsək təəccüb etmərəm. Çünki kripto bazar çox dəyişkəndir və yeni fikirlər təsir etməkdədir”. “Kriptovalyutalar hələ də çox dəyişkən və spekulyativ aktiv olmağa davam edir”.
Qeyd edək ki, Bitkoinin hazırda qiyməti 17,468.40 dollardır.




