Home » CNBC: Əfsanəvi investor Warren Buffett rəqibləri arasında zirvədədir

CNBC: Əfsanəvi investor Warren Buffett rəqibləri arasında zirvədədir

by ulviyya
0 rəy 9 baxış 1 dəqiqə oxuma

93 yaşına keçən Berkshire Hathawayin rəhbəri, əfsanəvi investor Warren Buffett sektor üzrə əsas oyunçuların zirvəsindədir və kompaniyanı yeni bir səviyyəyə daşıyır. Artıq 6 onillikdir ki, o Berkshire Hathaway-yə rəhbərlik edir. 

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, səhmlərinin dəyəri rekord yüksək rəqəmə çatıb və bazar kapitalizasiyasına və əməliyyat gəlirinə görə isə texnologiya şirkəti olmayanlar arasında ən böyüyüdür. 

CNBC nəşri qeyd edir ki, Buffett son illər ərzində olduqca aktiv olub və ABŞ Mərkəzi Bankının (FED) faiz artımlarına davam etməsindən isə kifayət qədər bacarıqla istifadə edib.  

Maliyyə professoru David Kass isə qeyd edir ki, “O, oyunun zirvəsindədir. Onun zəkası və uzaqgörənliyi həmişəkindən olduqca kəskindir”.  

İnvestor 2023-cü ilin əvvəlində Yaponiyanın 5 ticarət evinə investisiya yatırıb. David Kass əlavə edir ki, adıçəkilən ölkənin iqtisadi vəziyyətində problemlər olsa da, onun investisiya etdiyi şirkətlər elə bil ki, bu iqtisadi mühitdən kənar qalıblar. Belə ki, çox uğurlu maliyyə nəticələri nümayiş etdirirlər. 

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.