Cümə axşamı CNN yüzlərlə əməkdaşı ilə yollarını ayırıb, bu isə CEO Chris Licht-in kabel xəbərlər şəbəkəsinin transformasiya olunması səyləri ilə bağlıdır.
BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, CNN-də 4.400 nəfər işçi var və ixtisarların həcmi 4 rəqəmli deyil, ictimaiyyət qarşısında danışmaq istəməyən, məsələ ilə bağlı məlumatı olan mənbə bildirib.
Bu isə o deməkdir ki, CNN-nin yollarını ayırdığı işçi sayı 400-dən çox deyil. Bildirək ki, CNBC daha əvvəl də CNN-nin işçi ixtisarına gedəcəyini planladığına dair məlumat yaymışdı.
Bildirilir ki, Licht cümə axşamı işçilərinə göndərdiyi məktubunda bu haqda onlara məlumat verib. Onların arasında uzunmüddət davam edən HLN aparıcısı Robin Meade və reportyor Chris Cillizza da yer alır.