Əmtəə bazarlarında qızıl və gümüş üzrə fyuçerslərin qiymətində geriləmə qeydə alınıb.
BBN.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında 2026-cı ilin iyununda çatdırılacaq qızıl fyuçerslərinin bir troya unsiyasının (31,1 qram) qiyməti 0,52% azalaraq 4 029,1 ABŞ dollarına düşüb.
Gümüşün 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də aşağı düşüb. Belə ki, bir unsiya gümüşün dəyəri 0,83% geriləyərək 57,57 ABŞ dolları təşkil edib.