Home » COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

by anar
0 comment 0 views 2 minutes read

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizə və Su-Enerji-Qida-Ekosisteminin (WEFE) qarşılıqlı idarəedilməsi tədbirləri vasitəsilə aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması” mövzusunda panel müzakirə keçirilib.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Mavi Zonada yerləşən pavilyonunda baş tutan tədbirdə dayanıqlı aqro-ərzaq sistemlərinə nail olmaq üçün strategiyalar, iqlim böhranı şəraitində su, enerji və ərzaq ehtiyatlarının davamlı və düzgün idarə olunmasını dəstəkləyən ən yaxşı təcrübələri, siyasət çərçivələrini və texnoloji yenilikləri müzakirə edilib. Panel müzakirənin moderatorluğunu İCESCO-nun Elm və ətraf mühit sektoru üzrə eksperti Fahman Fathurrahman edib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, iqlim dəyişikliyi ərzaq təhlükəsizliyinin təmin olunması, suya əlçatanlıq və enerji istifadəsi ilə bağlı problemlərin yaranmasına səbəb olur. Bu isə aqro-ərzaq sistemlərində davamlılığın yaradılması üçün həll yollarının müzakirəsini labüd edir, bu problemlərin həlli fermerlər və icmaların ehtiyaclarının təcili ödənilməsini balanslaşdıran innovativ, inteqrasiya olunmuş yanaşmalar tələb edir.

Nazir müavini qeyd edib ki, Azərbaycanda dayanıqlı kənd təsərrüfatına keçid prosesinin asanlaşdırılması üçün hərtərəfli dövlət proqramları və maliyyə dəstəyi alətləri tətbiq edilir. Ölkədə su və torpaq resurslarından səmərəli istifadə, biomüxtəlifliyin qorunması iqlimə uyğunlaşma strategiyalarının əsasını təşkil edir, səmərəliliyi və davamlılığı artıran iqliməuyğun ağıllı kənd təsərrüfatı təcrübələrinə üstünlük verilir. Damcı və çiləyici texnologiyaları tətbiq etməklə suvarma sistemləri müasirləşdirilir. Fermerlərin sudan səmərəli istifadə üsullarını mənimsəməsi üçün subsidiyalar və aşağı faizli kreditlər verilir. Bu cür investisiyalar məhsuldarlığı artırmaqla yanaşı, gələcək nəsillər üçün sudan və torpaqdan davamlı istifadəni təmin edir.

Panel müzakirələrdə çıxış edən Pakistanın Milli qida təhlükəsizliyi və tədqiqatlar üzrə federal naziri Rana Tanveer Hussain, Aralıq Dənizi İttifaqının (UfM) Baş katibinin müavini Grammenos Mastrojeni Beynəlxalq Bioşoran Kənd Təsərrüfatı Mərkəzinin (ICBA) Baş katibi Tarifa Al Zaabi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Torpaqların idarə edilməsi və su bölməsinin mütəxəssisi Virciniya Gillet, İslam İnkişaf Bankının Qlobal təcrübələr və tərəfdaşlıqlar üzrə Baş Direktoru İssa Faye, Nigeriyanın Ekiti Ştat Hökumətinin Yaşıl iqtisadiyyat və ekoloji məsələlər üzrə texniki müşaviri Akinyemi Akinyuqa ərzaq itkilərinin qarşısının alınması və ərzaq təhlükəsizliyinin təmini, qlobal iqlim dəyişikliyi və biomüxtəliflik, iqlimə davamlılığın gücləndirilməsi, ekosistemin qorunması, rəqəmsal texnologiyaların kənd təsərrüfatında tətbiqi, kənd təsərrüfatı sektorunda innovativ proseslərin inkişafı, dayanıqlı təchizat zəncirinin formalaşdırılması, eləcə də bu sahələrdə qadınların rolunun artırılması ilə bağlı fikirlərini bölüşüblər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.