Home » “COVID-19`un beynəlxalq bazarlar və bank sektoruna təsiri – Türkiyə təcrübəsi” adlı vebinar keçirilmişdir

“COVID-19`un beynəlxalq bazarlar və bank sektoruna təsiri – Türkiyə təcrübəsi” adlı vebinar keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

17 iyul 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə ABA-nın nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi” və “Xəzinədarlıq və Fondların İdarə Olunması” üzrə ekspert qruplarının üzvləri və qrup üzvü olmayan bankların müvafiq nümayəndələri üçün “Zoom” onlayn platforması üzərindən vebinar keçirilmişdir.

“COVID-19`un beynəlxalq bazarlar və bank sektoruna təsiri – Türkiyə təcrübəsi” adı altında türkiyəli spikerlər Dr. Mustafa Barış Akçay və Güneş Kasap iştirakı ilə təşkil olunmuş seminar spikerlərin təqdimatı ilə baş tutmuşdur.

Sonda vebinar iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.