Home » Dələduzlardan qorunun: Sizi necə aldadırlar və nə etməlisiniz?

Dələduzlardan qorunun: Sizi necə aldadırlar və nə etməlisiniz?

by yunus
0 comments 2 views 1 minutes read

Maliyyə təhlükəsizliyiniz öz əlinizdədir. Dələduzlar bəzən bank əməkdaşı rolunda, bəzən də kampaniya təklifiylə sizə yaxınlaşırlar. Məqsəd sadədir – kart və bank məlumatlarını ələ keçirmək. Bu halların qarşısını sadəcə bir az diqqətli olmaqla ala bilərsiniz.

Dələduzlar daha çox hansı üsullardan istifadə edirlər?

  • Özlərini bank əməkdaşı kimi təqdim edib sizi “məlumat dəqiqləşdirməyə” çağırırlar;
  • Telefonla, SMS və ya sosial şəbəkələrdə kart nömrəsi, CVV kodu, PIN və ya OTP kodunu istəyirlər;
  • “Balansınızda problem var”, “Kartınız bloklanacaq”, “Pul köçürülüb, təsdiqləyin” kimi təlaş yaradan mesajlar göndərirlər;
  • Yalan kampaniyalarla sizi “hədiyyə qazandınız” deyə aldadaraq, linkə daxil olmağa və ya məlumat paylaşmağa çağırırlar.

Unutmayın:

  • Bank əməkdaşı sizdən heç vaxt kart nömrəsi, PIN kodu, CVV və ya OTP kodu istəmir;
  • Məhsul və xidmətləri, kampaniyaları haqda məlumatları yalnız bankın rəsmi səhifələrindən alın;
  • Telefonla, mesajla və ya sosial şəbəkə vasitəsilə gələn istənilən şübhəli müraciətə cavab verməyin;
  • Tanımadığınız nömrələrə və ya linklərə daxil olmayın;
  • Əgər şübhələndiyiniz hal olarsa, dərhal bankla əlaqə saxlayın.

Maliyyə vəsaitlərinizi qorumaq üçün bir addım kifayətdir – məlumatlarınızı gizli saxlayın. Unutmayın, bank məlumatlarınız yalnız sizə məxsusdur!

 

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.