Home » Daha 3 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib

Daha 3 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 81-ə çatıb.

“Startap” şəhadətnamələri “Recepta” MMC-nin kassa çeklərinin rəqəmsallaşması üzrə platforma, “Too Far Logistics” MMC-nin sürətli kuryer xidməti üçün onlayn platforma, “İntelligent Services And Solutions Company” MMC-nin fasad yuma robotlarının istehsalı və satışı layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar:

https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.